Bərdədə yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin Asif Abışov küçəsində baş verib. 1995-ci il təvəllüdlü Balayev Nəsrəddin Kamandar oğlunun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobil yol kənarında dayanmış minik maşınına çırpılıb. Qəza zamanı sürücü ağır bədən xəsarətləri alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilən N.Balayevin vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info