Salyan şəhərində yanğın olub.

Leqal.info FHN-in saytına istinadən xəbər verir ki, ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının qamışdan ibarət tavanı və dam örtüyünün yanar konstruksiyaları 48 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Leqal.info