Bakı sakini Zaqatalada zəhərlənib.

Leqal.info xəbər verir ki, 1983-cü il təvəllüdlü Bakı şəhəri Suraxanı rayonu sakini Fatimə Sadra qızı Əliyeva zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.

Müayinə zamanı 40 yaşlı qadının sirkə turşusundan zəhərləndiyi məlum olub. F.Əliyevaya lazımı tibbi yardım göstərilib, vəziyyəti ağır olduğu üçün müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikoloji Mərkəzinə göndərilməsinə qərar verilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info