Zaqatalada 72 yaşlı qadın sirkə turşusundan zəhərlənib.

Leqal.info xəbər verir ki, rayonun Muxax kənd sakini 72 yaşlı Zahidət Abdullayeva kəskin zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.

Müayinə zamanı qadının sirkə turşusundan zəhərləndiyi məlum olub. Zahidət Abdullayevanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir.

Daha sonra isə o, müalicəsinin davam etdirilməsi üçün Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info