Gəncədə səhvən sirkə turşusu içən 30 yaşlı kişi xəstəxanada ölüb.

Leqal.info xəbər verir ki, oktyabr ayının 20-də səhvən su əvəzinə sirkə turşusu içərək zəhərlənən Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Fəxrəddin Əkbərov Bakıda yerləşdirildiyi Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info