Gəncədə avtomobil piyadanı vurub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin çıxışında Nizami məqbərəsinin yaxınlığında baş verib.

Hərəkətdə olan minik maşını yolu keçmək istəyən orta yaşlı kişini vurub.

Xəsarət alan piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info