Gəncədə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Hərəkətdə olan VAZ-2107 markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən şəhər sakini, 1963-cı il təvəllüdlü Q.Rüstəmovu vurub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info