Bakı şəhərinin Xəzər rayonunda yanğın baş verib.

Leqal.info xəbər verir ki, ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 60 m² sahədə və ondulindən ibarət dam örtüyü 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Leqal.infoBakıda yanğın baş verib