Bakıda qadın dəm qazından boğularaq ölüb.

Leqal.info xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində fərdi mənzillərdən birində qeydə alınıb.

1996-cı il təvəllüdlü Gülşən Mehdiyevanın hamamda dəm qazından boğularaq öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info