Zaqatalada 81 yaşlı qadın intihar edib.

Leqal.info xəbər verir ki, hadisə günorta saatlarında rayonun Danaçı kəndində baş verib. Danaçı kənd sakini, 1942-ci il təvəllüdlü Muminət Kahov qızı Carayevanın meyiti yaşadığı ünvanda ailə üzvüləri tərəfindən asılı vəziyyətdə tapılıb. İlkin araşdırma zamanı əsəb xəstəliyindən əziyyət çəkən M. Carayevanın intihar etdiyi məlum olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info