Ağstafada piyadaların vurulması ilə nəticələnən yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan minik maşını yolu keçmək istəyən 1966-cı il təvəllüdlü Aqilə Qasımzadəni və 1992-ci il təvəllüdlü Nəcmiyə Sədizadəni vurub.

Sözügedən şəxslər xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info