Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1970-ci il təvəllüdlü Zaur Mahmudovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info