Biləsuvarda 33 yaşlı kişi intihar edib.

Leqal.info xəbər verir ki, hadisə Biləsuvar şəhərində qeydə alınıb.

Biləsuvar şəhər sakini, 1990-cı il təvəllüdlü Orxan Cəlal oğlu Rəhimov yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq, intihar edib. Hazırda O.Rəhimovun intihar etməsinin səbəbləri araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info