Tovuzda intihar hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Çeşməli kəndində baş verib.

Kənd sakini, 1958-ci il təvəllüdlü Həmzə Qarayev yaşadığı evin həyətində özünü asaraq intihar edib. Onun hansı səbəbdən intihar etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info