Gədəbəydə 48 yaşlı qadını avtomobil vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, Söyüdlü kənd sakini, 1980-cı il təvəllüdlü Rasim Abdullayev Şəmkir-Gədəbəy avtomobil yolunda idarə etdiyi "VAZ 21 07" markalı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Aytən Məmmədovanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Elvin Mahmudlu
Leqal.info