Bakıda avtomobil qadını vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, hadisə Binəqədi rayonu Azadlıq prospektində baş verib.

1963-cü il təvəllüdlü İlyas Paşayev idarə etdiyi "Mitsubishi" markalı avtomobillə piyada 1968-ci il təvəllüdlü Aygün Həsənovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Elvin Mahmudlu
Leqal.info