Füzulidə avtomobil dərəyə aşıb.

Leqal.info xəbər verir ki, Əhmədbəyli kənd sakini Möhsümzadə Möhsüm Oktay oğlu idarə etdiyi “Khazar SD” markalı avtomobillə Hacıqabul-Mincivan avtomobil yolunun 138-ci kilometrliyində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil dərəyə aşıb, sürücü M.Möhsümzadə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Füzuli RPŞ-in İB-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Elvin Mahmudlu
Leqal.info