Ağdaşda avtomobil yanıb.

Leqal.info xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Qarasuqumlaq kəndində baş verib.

Yanğın nəticəsində kənd sakini 1986-cı il təvəllüdlü Şirinov Rəhman Həmid oğluna məxsus 12 BD 530 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobilinin yanar konstruksiyaları tamamilə yanıb.

Əraziyə Ağdaş yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub.

Elvin Mahmudlu
Leqal.info