Goranboy rayonunda yanğın baş verib.

Leqal.info FHN-in saytına istinadən xəbər verir ki, Goranboy rayonunun Təklə kəndində ümumi sahəsi 20 m² olan qarajın yanar konstruksiyaları və içərisində dayanan “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yüksək temperaturdan bitişik, ümumi sahəsi 20 m² olan köməkçi tikilinin dam örtüyünün taxta atmaları 10 m² sahədə qarsalanıb. Köməkçi tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Leqal.info