Bakının Xətai rayonunda bıçaqlanma olub.

Leqal.info xəbər verir ki, hadisə Babək prospekti 65 ünvanında baş verib.

2006-ci il təvəllüdlü Fətəliyev Elvin Məhəmmədəli oğlu prospektdə tanımadığı şəxslə mübahisə edib.

Mübahisə zəminində E. Fətəliyev bıçaqlanıb.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info