Moskvanın şimal-şərqində mənzildə yanğın olub.

Leqal.info xəbər verir ki, yanğın nəticəsində üçü uşaq olmaqla dörd nəfər həyatını itirib.

Yanğın Akademik Komarova küçəsində, ev 14-ün birinci mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.

"İkinci mərtəbədən xilas edilən daha iki uşaq isə xəsarət alıb", - deyə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğının sahəsi 15 kvadratmetr olub.

Moskva prokurorluğu yanğın və ölüm faktını təsdiqləyib.

Leqal.info