Şəkidə qaz sızması nəticəsində partlayış olub, ev sahibi yanıq xəsarəti alıb.

Leqal.info xəbər verir ki, hadisə rayonun Vərəzət kəndində qeydə alınıb. Kənd sakini, 55 yaşlı Arif Feyziyev yaşadığı evin mətbəxtində qaz iyi hiss edib. O, qazın sızdığı yeri tapmaq üçün kibrit yandırıb. Bu zaman alovla müşayiət olunan partlayış baş verib.

Hadisə nəticəsində A. Feyziyev hər iki əlindən termiki yanıq xəsarəti alıb. Ona Şəki Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi tibbi yardım göstərilib və müalicə xəstəxananın təcili yardım yöbəsində davam edir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info