Kürdəmirdə avtomobil qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Bakı prospektində baş verib.

Belə ki, "VAZ 2107" markalı avtomobillə "Chevrolet" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində rayonun Atakişili kənd sakini
57 yaşlı Həşimov Qabil Əjdər oğlu müxtəlif dərəcəli ağır bədən xəsarəti alıb.

Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Onun vəziyyəti ağır olduğu üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info