Lənkəranda iki nəfər dəm qazından boğulub.

Leqal.info xəbər verir ki, hadisə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində baş verib. Kənd sakinləri - Cəfərov Murad Aydın oğlu və onun həyat yoldaşı Cəfərova Bənövşə Abduləli qızı yaşadıqları evdə ölmüş vəziyyətdə tapılıblar. Onların dəm qazından zəhərləndikləri bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info