Bakıda yaşayış binasında yanğın baş verib.

Leqal.info FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 7 ədəd elektrik sayğacı, giriş-çıxış kabelləri 1 p.m və 1 ədəd internet paylayıcı aparat qismən yanıb. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Leqal.info