Göygöldə iki nəfər dəm qazından boğulub.

Leqal.info xəbər verir ki, hadisə Göygöl şəhərin Rövşən Nəsibov küçəsində baş verib.

Yaşadıqları evdə 90 yaşlı Minayə Məmmədovanın və onun qızı 57 yaşlı Aygün Məmnədovanın meyitləri tapılıb.

İlkin məlumata əsasən, ana və qızı dəm qazından zəhərlənərək ölüblər.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.

Elvin Mahmudlu
Leqal.info