İmişlidə insan tələfatı ilə nəticələnən qəza olub.

Leqal.info xəbər verir ki, hadisə İmişli şəhərində baş verib.

"KamAz" markalı yük avtomobili İmişli rayonunun Otuziki kənd sakini, 1953-cü il təvəllüdlü Əhədov Nazim Xəmməd oğlunu vurub. Piyada alıdığı ağır xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info