İmişlidə “Mercedes"lə traktor toqquşub, iki nəfər ölüb.

Leqal.info xəbər verir ki, ölümlə nəticələnən yol qəza hadisəsi dünən axşam saatlarında İmişli-Biləsuvar avtomobil yolunda, İmişli rayonunun Çaxırlı kəndində baş verib.

Araz Kazımovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə traktor toqquşub. Hadisə nəticəsində minik avtomobilinin sürücüsü ağır xəsarət alıb, sərnişini Çingiz Ağayev isə hadisə yerində ölüb.

Xəsarət alan Araz Kazımov İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, gecə saatlarında orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info