Zaqatalada fərdi yaşayış evində yanğın baş verib.

Leqal.info xəbər verir ki, yanğın səhər saatlarında rayonun Aşağı Tala kəndində, kənd sakini Rübabə Kərim qızı Ərəbovaya məxsus, ümumi sahəsi 120 kv/m olan kürsülü birmərtəbəli fərdi yaşayış evində qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Yanğın nəticəsində evin 60 kv/m-lik sahəsinin yanar konstruksiyaları və orada olan ev əşyaları yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info