Balakəndə, saat 03:28 radələrində rayonun Katex kəndində, 61 yaşlı Müslixət Həbilovaya aid, ümumi sahəsi 160 kvadratmetr olan birmərtəbəli, 4 otaqlı fərdi yaşayış evində yanğın baş verib.

Leqal.info xəbər verir ki, yanğın nəticəsində evin yanar konstruksiyaları ilə yanaşı, ev eşyaları da yanıb.
Yanğın zamanı xəsarət alanın olmadığı bildirilir.
Sözügedən yanğının söndürülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən və Zaqatala rayonlarının Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti əraziyə cəlb olunub.
Faktla bağlı araşdırma davam etməkdədir.
Elnurə Fərhadqızı
Leqal.info