Hacıqabulda bıçaqlanma olub.

Leqal.info xəbər verir ki, hadisə Hacıqabulun Atbulaq kəndində baş verib. Atbulaq kənd sakini, 1989-cu il təvəllüdlü Muradov Ramil Muradulla oğlu mübahisə zəminində Xəyyan adlı şəxs tərəfinfən bıçaqlanıb. R. Muradov bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.

Məlumata əsasən, hadisəyə səbəb R.Muradovun qardaşının bir neçə şəxs tərəfindən döyülməsi olub.

Faktla bağlı cinayət işi başlanıb.

Elvin Mahmudlu
Leqal.info