Qaxda 22 yaşlı gənc bıçaqlanıb.

Leqal.info xəbər verir ki, gecə saatlarında rayonun Lələli kənd sakini, 2001-ci il təvəllüdlü Orxan İsmayıl oğlu Qəhrəmanov döş qəfəsinin sol nahiyəsinin kəsilmiş-deşilmiş daxilə nüfuz edən xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.

Müayinə zamanı bıçaqla xəsarət yetirildiyi məlum olan O.Qəhrəmanovun vəziyyəti orta-ağır qiymətləndirilir.

O.Qəhrəmanova lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info