Balakəndə fərdi yaşayış evində yanğın baş verib.

Leqal.info xəbər verir ki, hadisə Aydın Məmmədov küçəsində Ramiz Mollaəli oğlu Qarayevə məxsus, ümumi sahəsi 120 kvadratmetr olan kürsülü birmərtəbəli dörd otaqdan ibarət fərdi yaşayış evində qeydə alınıb.

Əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info