Sumqayıtda 21 yaşlı oğlan yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılıb.

Leqal.info xəbər verir ki, hadisə 41-ci məhəllədə baş verib.

Belə ki, 2003-cü il təvəllüdlü, Elvin Mürvətov yaşadığı evin pencərəsindən özünü atıb.

Onun psixoloji problemlərinin olduğu və intihar etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info