Sumqayıtda bıçaqlanma hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib.

Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Məmmədov Əlfəddin Rüstəm oğlu aralarında baş vermiş münaqişə zəminində 2003-cü il təvəllüdlü Hüseynov Rəvan Rəcəb oğluna bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info