Şəmkirdə 17 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, 2007-ci il təvəllüdlü Həsən Hüseynov Zəyəm-Qovlar yolunda yerləşən işıq dirəyinə çıxmaq istəyərkən 10000 kv.t elektrik cərəyanı vurub. Nəticədə o hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info