Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 20 m² olan məişət avadanlıqlarının təmiri sexi və bitişik ümumi sahəsi 20 m² olan ayaqqabı təmiri sexinin yanar konstruksiyaları yanıb.

Leqal.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Leqal.info