Zaqatalada icra nümayəndəliyinə məxsus inzibati binada yanğın baş verib.

Leqal.info xəbər verir ki, günorta saat 13 radələrində rayonun Danaçı kəndində, rayon İcra Hakimiyyətinin Danaçı kənd üzrə nümayəndəliyinin balansında olan və hazırda istifadəyə yarsız inzibati binada yanğın qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info