Lənkəranda minik maşını yanıb.

Leqal.info xəbər verir ki, hadisə rayonun Vilvan kəndi ərazisində baş verib.

2005-ci il təvəllüdlü Simran Kamran oğlu Rufullayevə məxsus “Mercedes–Benz G180” markalı nəqliyyat vasitəsinin mühərrik hissəsində anidən yanğın olub.

Dərhal əraziyə FHN-in Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb edilib. Görülən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info