Ağstafada yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində baş verib. Hərəkətdə olan avtomobil yoldan çıxaraq dirəyə dəyib. Qəza zamanı 1994-cü il təvəllüdlü Cahan Cabbarov və 1995-ci il təvəllüdlü Əhməd İsayev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info