Şəmkirdə yol nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndində baş verib.

Hərəkətdə olan avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanların-rayonun İrmaşlı kənd sakinləri 2004-cü il təvəllüdlü Kamran Abbasov, 2003-cü il təvəllüdlü İmran Qasımov, 2005-ci il təvəllüdlü Elmir Həsənov və 2001-ci il təvəllüdlü İsa Əmirxanovun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info