Goranboyda ölümlə nəticələnən yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Goran qəsəbəsindən keçən hissəsində baş verib. Hərəkətdə olan "VAZ 2106" markalı minik maşını digər avtomobillə toqquşub. Qəza nəticəsində "VAZ"ın sürücüsü, 1966-ci il təvəllüdlü Çingiz Kazımov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info