Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, Nizami rayon ərazisində Rəhimov Nadir Əhmədağa oğlu idarə etdiyi “Baku Bus” MMC-yə məxsus “BMC” markalı sərnişin avtobusu ilə yolu keçən piyada 1998-ci il təvəllüdlü İbrahimov Oruc İbrahim oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Elvin Mahmudlu
Leqal.info