Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, hadisə Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində baş verib.

Mirzəyev Azad Fərahim oğlu idarə etdiyi “Mercedes Benz E 220” markalı avtomobillə yolu soldan sağa keçən piyada 1973-cü il təvəllüdlü Rəhimov Habil Əlövsət oğlunu vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Elvin Mahmudlu
Leqal.info