Gəncədə iki nəfər dəm qazından zəhərlənib.

Leqal.info xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən mənzillərin birində baş verib.

1975-ci il təvəllüdlü Gülmira Yusibova və 1992-ci il təvəllüdlü Ayxan Hümbətov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal yardım edilən iki xəstənin vəziyyəti kafi qiymətləndirilir. Məlumata əsasən, hər iki şəxs yaşadıqları evdə dəm qazında zəhərlənib.

Elvin Mahmudlu
Leqal.info