Naxçıvan şəhərində Afiyəddin Cəlilov bina 19, ev 5 ünvanında bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

Leqal.info xəbər verir ki, yaşadıqları evdə dəm qazının sızması nəticəsində zəhərlənən ailə üzvləri 1951-ci il təvəllüdlü Dilbər Tomayeva, nəvələri 2008-ci il təvəllüdlü Dilbər Tomayeva və 2010-cu il təvəllüdlü Jalə Tomayeva Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər və vəziyyətləri sabit olaraq qiymətləndirilir.
Sözügedən faktla bağlı araşdırma aparılır.
Leyla Kamil
Leqal.info