Zaqatalada 38 yaşlı kişinin meyiti vanna otağında tapılıb.

Leqal.info xəbər verir ki, hadisə bu gün səhər saat 07 radələrində Zaqatala şəhəri ərazisində baş qeydə alınıb.

1986-cı il təvəllüdlü Rəşad Qurbanovun meyiti yaşadığı ünvanın vanna otağında ailə üzvləri tərəfindən aşkar edilib. R.Qurbanovun ölümünün dəqiq səbəbini müəyyən etmək üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info