Goranboyda evdən 37 yaşlı kişi meyiti tapılıb.

Leqal.info xəbər verir ki, hadisə rayonun Nizami kəndində baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü T.Namazovun meyiti vanna otağında yaxınları tərəfindən aşkarlanıb.

Hadisə yerinə hüqüq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info