Sumqayıtda beş nəfər dəm qazından zəhərlənib.

Leqal.info xəbər verir ki, hadisə “Betonzavod” adlanan yaşayış massivində və Zeynalabdin Tağıyev adına qəsəbədə fərdi yaşayış massivində baş verib.

"Betonzavod" adlanan ərazidə fərdi yaşayış evində Sumqayıt şəhər sakinləri, 2003-cü il təvəllüdlü Mehdiyeva Fərqanə Elbrus qızı, 2005-ci il təvəllüdlü Mehdiyeva Əfsanə Elbrus qızı və 2003-cü il təvəllüdlü Abdullayeva Fidan Süleyman qızı, Zeynalabdin Tağıyev adına qəsəbəsində yaşayan, 1956-cı il təvəllüdlü Cəfərova Nigar Mirdövlət qızı, 2005-ci il təvəllüdlü Astanova Nərmin Elgün qızı zəhərləniblər.

Sözügedən şəxslər dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info