Naxçıvanda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

Leqal.info xəbər verir ki, hadisə bu gün Naxçıvan şəhərində baş verib. Dəm qazından Naxçıvan şəhər sakinləri, 1986-cı il təvəllüdlü Cəfərova Sevinc Yaqub qızı, 2005-ci il təvəllüdlü Qasımova Rəna Tural qızı və Qasımov Hüseyn Tural oğlu zəhərlənib.

Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilən zərərçəkənlərin vəziyyətləri normaldır. Məlumata əsasən, onlar bu gün evə buraxılacaq.

Elvin Mahmudlu
Leqal.info